Bolkart sifariş et

Təhlükəsizlik tələbləri

Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə təhlükəsizlik tələbləri

Kart istifadəçiləri ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına məruz qalmamaları üçün ən azı aşağıdakı təhlükəsizlik tələblərinə əməl etməlidilər:

• ödəniş kartı (bundan sonra – kart) və şəxsi eyniləşdirmə nömrəsi (bundan sonra PİN-kod) digər şəxslər üçün əlçatan olmayan formada qorunmalı, habelə digər şəxslərin istifadəsinə təqdim edilməməlidir;
• kart bank filialında təhvil alındıqdan dərhal sonra arxa hissəsində olan imza üçün zolaqda imza çəkilməlidir;
• PİN-kod kartla bir yerdə saxlanılmamalı, habelə kartın üzərində yazılmamalıdır. PİN-kod yadda saxlanılmalıdır;
• kart bu xidməti dəstəkləyirsə, bankomat vasitəsilə “PİN change” xidmətindən yararlanıb, yeni PİN-kod seçilə bilər. Yeni PİN-kod müəyyən edildikdə doğum tarixi, ardıcıl təkrarlanan rəqəmlərdən ibarət kombinasiyalardan istifadə edilməməlidir;
• kartla aparılan əməliyyatlar haqqında zamanında məlumat almaq üçün SMS məlumatlandırma xidmətinə qoşulmalı, bankın təqdim etdyi elektron bankçılıq (internet və ya mobil bankçılıq) xidmətlərindən istifadə edilməlidir;
• kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi müəyyən edildiyi təqdirdə dərhal Bankla əlaqə saxlanılmalı (ölkə daxilində «Bank»ın «145» məlumat mərkəzinə və ya «8893», ölkə xaricindən isə 994(12) 505-01-45 telefon nömrəsinə) və kart bloklaşdırılmalıdır. Bankla əlaqə saxlanılarkən kart nömrəsinin son 8 rəqəmi və kod sözü bildirilməlidir. Kart elektron bankçılıq (mobil, internet və ya SMS bankçılıq) xidmətləri vasitəsilə də bloklaşdırıla bilər.;
• kart vasitəsilə əməliyyatlar kart istifadəçisinin iştirakı ilə aparılmalıdır;
• bank, təsərrüfat subyektləri, mehmanxana və digər təşkilatların nümayəndəsi adından müxtəlif vasitələrlə (telefon zəngi, elektron məktub, SMS məlumatlandırma və s.) əlaqə saxlayan şəxslərə kart məlumatları (kartın üzərində çap olunan 16 (on altı) nömrəli rəqəm, kartın qüvvədə olma tarixi, kartın arxasında qeyd edilən 3 (üç) rəqəmli CVV2/CVC2 kodu, habelə SMS məlumatlandırma əsasında 3D Secure xidməti üzrə əldə edilən birdəfəlik şifrə) təqdim edilməməlidir. Bu məlumatların açıqlanması kart hesabı üzrə fırıldaqçılıq məqsədilə ödəniş əməliyyatlarının aparılmasına və maliyyə itkilərinə səbəb olacaqdır;
• kartın son istifadə tarixi onun üzərində qeyd olunan təqvim ayının son günü hesab olunur və həmin tarixdə kartın fəaliyyəti avtomatik dayandırılır;
• kartla aparılan əməliyyatlara dair etiraz olduğu təqdirdə kart istifadəçisi ödəniş əməliyyatının həyata keçirildiyi tarixdən 45 (qırx beş) təqvim günündən gec olmayaraq mümkün kommunikasiya vasitələri vasitəsi ilə və ya filiala yaxınlaşaraq Banka müraciət etməlidir. Müştəri bu müraciəti etmədiyi təqdirdə həyata keçirilmiş ödəniş əməliyyatı kart istifadəçisi tərəfindən təsdiq edilmiş hesab olunur və sonradan bu ödəniş əməliyyatı üzrə daxil olan müraciətlərə baxılmır;
• Bank müştəri müraciətindən sonra 60 (altmış) iş günü ərzində mübahisəli əməliyyatın araşdırılması və araşdırmanın nəticəsi haqqında kart istifadəçisinə məlumat verir;
• Bank aparılan təhlil əsasında fırıldaqçılıq əməliyyatlarının baş verməsi təhlükəsi yüksək olan ölkələrdə kartını istifadəsini məhdudlaşdırır. EMV “Öhdəliklərin ötürülməsi qaydaları”nın (“Liability Shift Rule”) tətbiq edilmədiyi ölkələrdə kart ilə əməliyyatların aparılması zamanı kart istifadəçisi diqqətli olmalıdır. Əks halda kart məlumatların oğurlanması nəticəsində aparılan səlahiyyətsiz əməliyyatlara görə kart istifadəçisi məsuliyyət daşıyacaqdır:
• bankomatdan istifadə edərkən kart qəbuledici qurğu, klaviatura, habelə pul əskinaslarının verildiyi sahədə yad cihazların olmamasına diqqət edilməli, əks halda əməliyyatın aparılmasından imtina edilərək bu haqda Bank məlumatlandırılmalıdır;
• ictimai yerlərdə məsələn bank filialları, iri ticarət mərkəzləri, dövlət idarələrində və onlara yaxın məkanlarda quraşdırılmış, işıqlandırılmış sahələrdə olan bankomatlardan istifadə edilməlidir;
• bankomat və POS-terminallarda əməliyyat apararkən kənar şəxslər üçün kart və kart məlumatları əlçatan olmamalıdır. Məsələn PİN-kod bir əllə daxil edərkən digər əllə görünməməsini təmin edilə bilər;
• bankomatdan istifadə zamanı kart və ya nağdlaşdırılan vəsait 30 (otuz) saniyə ərzində götürülmədiyi təqdirdə bankomat kartı və (və ya) nağd pul vəsaitini özündə saxlayacaqdır. Bu zaman Bank tərəfindən təqdim edilmiş telefon nömrələri ilə əlaqə saxlanılmalı və ya yaxınlıqda yerləşən filiala müraciət edilməlidir;
• internet üzərindən ödənişlərin aparılması üçün “Bank of Baku” ASC-nin virtual kartlarından istifadə edilməsi tövsiyə edilir;
• kart məlumatlarını yalnız tanınmış sertifikasiya mərkəzləri tərəfindən imzalanmış SSL sertifikatlarla (elektron ünvanın başlanğıcında “https://” yazılışı) mühafizə olunmuş internet səhifələrində daxil edilməlidir;
• internet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi üçün 3D Secure xidmətinə qoşularaq əməliyyatlar SMS məlumatlandırma əsasında əldə olunan birdəfəlik şifrə ilə başa çatdırılmalıdır;
• internet üzərindən ödənişlər şəxsi komputer vasitəsilə aparılmalı, əks halda isə kart məlumatlarının saxlanılmaması təmin edilməlidir.

Onlayn kalkulyator

Mağazanın adı

Ayı seçin

Məbləğ

Onlayn kalkulyator nədir?

Bu kalkulyator vasitəsilə Siz Bolkartın keçərli olduğu mağazalarda planlaşdırdığınız alış-verişin məbləğini rahat hesablaya bilərsiniz. Bunun üçün Siz əks olunmuş xanalarda 3 sadə funksiyanı yerinə yetirməlisiniz:
1. Alış-veriş edəcəyiniz mağazanı seçməli
2. Alış-veriş müddətini seçməli
3. Almaq istədiyiniz malın qiymətini qeyd etməli
Sonda Siz növbəti aylıq ödəniş və cəmi ödəcəyiniz məbləğ barədə məlumat alacaqsınız.

Cəmi məbləğ

0 AZN

Növbəti aylıq ödəniş

0 AZN

Zəng sifarişi

Təşəkkürlər!

Zəng sifarişiniz qəbul olundu!

Sual ver

Təşəkkürlər!

Sualınız qəbul olundu!

Partnyorluq bağlanması üçün ərizə forması

Təşəkkürlər!

Partnyorluq sifarişiniz qəbul olundu!
Əgər Siz ticarət obyektinizdə Bolkart plastik kartı ilə alış-verişin olmasını istəyirsinizsə, qeyd olunan formanı doldurun.

Onlayn sifariş ver

Təşəkkürlər!

Kart sifarişiniz qəbul olundu!

Yalnız Azərbaycan Respublikası orqanları tərəfindən verilən vəsiqələr qəbul edilir.

Kartların müqayisəsi

  Bolkart Gənc Bolkart AİLƏ Bolkart Gold Bolkart Diamond

Müştərinin yaşı

min.18 - maks.kart rəsmiləşən tarixə 27/

min. 18 - maks. 65

min. 18 - maks. 65

min. 18 - maks. 65

Müştərinin minimal əmək haqqı məbləği


Tələb yoxdur

Qeyd: Şəxsi gəliri olmayan gənclər valideyn zaminliyi ilə kart əldə edə bilərlər

Tələb yoxdur

min. 1000 AZN

min. 3000 AZN

Kredit xəttinin məbləği

min. 200 AZN – maks. 3000 AZN

min. 200 AZN – maks. 3000 AZN

min. 3000 AZN – maks. 5000 AZN

min. 2000 AZN – maks. 10000 AZN

Kartın qiyməti

-

-

-

150 AZN

İllik xidmət haqqı

10 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

20 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

 

40 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

Nəzərdə tutulmayıb

Əlavə kartın buraxılması

Nəzərdə tutlmayıb

Mümkündür

Mümkündür

Mümkündür

Ödəniş tarixləri

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Ödəniş aralığının dəyişdirilməsi

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Nağdlaşdırma limiti -

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.

Nağdlaşdırma komissionu
(Bankın ATM və POSlarında)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

Möhlət müddəti

40 günədək

40 günədək

45 günədək

45 günədək

BAL

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Mil sistemi

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir.
Yığılmış millər Aviabiletlərin alınmasında istifadə oluna bilər.

Priority pass

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir.

Sığorta

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir.

Kartların müqayisəsi